...

Azərbaycanda texnologiyanın inkişafı iqtisadiyyata, vergi və mühasibatlıq xidmətlərinə böyük töhfə verir (FOTO/VİDEO)

İqtisadiyyat Materials 6 İyul 2022 12:26 (UTC +04:00)
Azərbaycanda texnologiyanın inkişafı iqtisadiyyata, vergi və mühasibatlıq xidmətlərinə böyük töhfə verir (FOTO/VİDEO)

Bakı. Trend:

Bu gün Azərbaycan iqtisadiyyatı sürətlə inkişaf edir və dünyaca nüfuzlu audit şirkəti kimi əsas strategiyamız bu inkişafa daim hazır olmaqdır.

Bunu Trend BİA-nın "Sahil Kərimli ilə Aktual" müəllif videolayihəsinə müsahibəsində dünyada tanınmış PWC audit və konsaltinq şirkətinin Azərbaycan nümayəndəliyinin Strateji Vergi və Mühasibatlıq xidmətləri üzrə rəhbəri Elnur Məmmədov bildirib.

O əlavə edib ki, hazırda dünyada texnologiyalar sürətlə inkişaf edir və Azərbaycan da bu inkişafla ayaqlaşır: "Azərbaycanda texnologiyanın inkişafı vergi və mühasibatlıq xidmətlərinə öz töhfəsini verir. Texnologiya nə qədər sürətlə inkişaf edirsə, hər zaman ondan bir addım öndə olmaq lazımdır. Çünki tənzimləmələr getdikcə daha mürəkkəbləşir və daha sürətli reaksiyalar tələb edir. Əgər əvvəllər müştərilərin hesablaşmalarını, yəni gündəlik mühasibatlığın aparılması və bu məlumat üzərində vergi və digər hesabatları bizim əməkdaşlar hazırlayırdısa indi bu prosesi bizim əvəzimizə müasir alətlər yerinə yetirir. Biz artıq vaxt qıtlığına görə əziyyət çəkmirik. Bu da öz növbəsində imkan verir ki, müştərilərin yalnız vergi və mühasibatlıq ilə bağlı risklərini deyil, onların strateji addımlarını da nəzarətimizdə saxlayaq".

E.Məmmədov daha sonra bildirib ki, bu gün Azərbaycanda bütün sahələrdə davam edən inkişaf, müasirləşmə, dövrün tələblərinə uyğunlaşma tamamilə yeni mərhələyə qədəm qoyub: "Azərbaycanın tətbiq etdiyi müasir metodlar dünyada böyük maraqla qarşılanır. İdarəçiliyin təkmilləşməsi, ən son texnoloji avadanlıqların tətbiqi, vətəndaşların rahatlığı, biznes subyektlərinin, iş adamlarının fəaliyyəti üçün yaradılan münbit şərait məmnunluq yaradır və bu, bizi sevindirir".

Trend videomüsahibəni təqdim edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti