...

Polşa şirkətləri Azərbaycanda "ağıllı" şəhərlərin tikintisində iştirak etməyə hazırdır - Nazirlik

İqtisadiyyat Materials 29 İyul 2022 10:26 (UTC +04:00)
Polşa şirkətləri Azərbaycanda "ağıllı" şəhərlərin tikintisində iştirak etməyə hazırdır - Nazirlik
Maryana Əhmədova
Maryana Əhmədova
Bütün xəbərlər

Bakı. Trend:

Oktyabrın 20-21-də Bakıda keçiriləcək Polşa-Azərbaycan hökumətlərarası komissiyasının növbəti iclası iki ölkə arasında yaxın gələcəkdə reallaşdırıla biləcək birgə layihələrin müzakirəsi üçün yaxşı imkanlar təqdim edəcək.

Bu barədə Trend-ə Polşa İqtisadi İnkişaf və Texnologiyalar Nazirliyindən bildiriblər.

"Polşa şirkətlərinin Azərbaycan bazarına çıxışa marağı artıb. Bu, xüsusilə, Cənubi Qafqaz regionunda geosiyasi dəyişikliklər kontekstində daha da aktuallaşır. Biz həm də Azərbaycan tərəfinin konkret təklifləri üçün açığıq. Azərbaycan Polşanın vacib və strateji tərəfdaşıdır və biz qarşılıqlı əməkdaşlığı, o cümlədən Polşa şirkətlərinin "ağıllı" şəhərlərin tikintisi sahəsində fəaliyyətini perspektivli hesab edirik. Bundan başqa, tərəfdaşlığımızın prioritetləri sırasına kənd təsərrüfatı, nəqliyyat, rabitə, infrastukrur, əczaçılıq sənayesi, bərpa olunan enerji mənbələri və "yaşıl" texnologiyalar daxildir", - deyə nazirlikdən bildiriblər.

Bundan başqa, qeyd olunub ki, nazirliyin dövlət katibi Qjeqoj Pexovyak iqtisadi əməkdaşlıq üzrə Polşa-Azərbaycan hökumətlərarası komissiyasının Polşa tərəfindən sədri təyin edilib.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti