...

Azərbaycan Rusiya və İranla strateji münasibətlərin möhkəmləndirilməsində maraqlıdır - Şahin Mustafayev

İqtisadiyyat Materials 9 Sentyabr 2022 15:32 (UTC +04:00)
Azərbaycan Rusiya və İranla strateji münasibətlərin möhkəmləndirilməsində maraqlıdır - Şahin Mustafayev
Sədrəddin Ağcayev
Sədrəddin Ağcayev
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Rusiya və İranla strateji dostluq, siyasi-iqtisadi və mədəni münasibətlərin möhkəmləndirilməsində maraqlıdır.

Trend-in məlumatına görə, bunu baş nazirin müavini Şahin Mustafayev Şimal-Cənub nəqliyyat dəhlizinin inkişafı perspektivlərinə həsr olunmuş tədbir zamanı deyib.

Onun sözlərinə görə, Azərbaycan bu il bu ölkələrin hər biri ilə diplomatik münasibətlərin qurulmasının 30 illiyini qeyd edir.

"Şübhəsiz ki, dövlət başçılarımızın iki və üçtərəfli görüşləri çoxsaylı məsələlər üzrə inkişafın əsasını qoyur. Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və İran Prezidenti İbrahim Rəisinin görüşlərində hər zaman əməkdaşlıq və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin inkişafı müzakirə olunub. Ərazisndən həm Şimal-Cənub, həm də Şərq-Qərb dəhlizlərinin keçdiyi Azərbaycan bu istiqamətlərdə yük daşımalarının logistika mərkəzinə çevrilib", - deyə o bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti