...

Azərbaycanda sahibkarlıqla bağlı yeni qanun layihəsi hazırlanıb

İqtisadiyyat Materials 29 Sentyabr 2022 12:01 (UTC +04:00)
Azərbaycanda sahibkarlıqla bağlı yeni qanun layihəsi hazırlanıb
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda sahibkarlıqla bağlı yeni qanun layihəsi hazırlanıb.

Trend-in məlumatına görə, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “Mikro, kiçik və orta sahibkarlığın inkişafı haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb.

Bu Qanun Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 10-cu bəndinə uyğun olaraq, mikro, kiçik və orta sahibkarlığın inkişafı sahəsində münasibətləri tənzimləyir, mikro, kiçik və orta sahibkarlıq subyektlərinə göstərilən dövlət dəstəyinin təşviqinin forma və metodlarını müəyyən edir.

Qanun layihəsi 5 fəsil və 15 maddədən ibarətdir.

Qanun layihəsi mikro, kiçik və orta sahibkarlıq subyektlərinə dəstək göstərilməsinin şərtlərini, mikro, kiçik və orta sahibkarlıq subyektlərinə dəstəyin formaları, göstərilməsi qaydası və qiymətləndirilməsi, mikro, kiçik və orta sahibkarlıq subyektlərinə dəstəyin növlərini və bu qanunun pozulmasına görə məsuliyyəti müəyyən edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti