...

IGB Serbiya üçün də son dərəcə vacibdir - Vuçiç

İqtisadiyyat Materials 2 Oktyabr 2022 08:49 (UTC +04:00)
IGB Serbiya üçün də son dərəcə vacibdir - Vuçiç
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

Yunanıstan-Bolqarıstan İnterkonnektoru (IGB) Serbiya üçün də son dərəcə vacibdir.

Trend-in məlumatına görə, bu barədə Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiç öz Facebook səhifəsində yazıb.

"Bu layihə Serbiya üçün son dərəcə vacibdir, çünki biz artıq Bolqarıstanla İnterkonnektorun tikintisinə başlamışıq. Ümid edirəm ki, 2023-cü ildə biz də ölkəmizdə böyük bir istismara vermə mərasimi keçirə biləcəyik, bu Serbiya və bütün Qərbi Balkanlar üçün böyük əhəmiyyət kəsb edəcək.

Biz malik olduğumuz bütün etibarlı tərəfdaşlarla əlaqələrimizi inkişaf etdirməyə davam etməliyik”, - paylaşımda deyilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti