...

Azərbaycan-Gürcüstan-Ermənistan əməkdaşlıq formatı regionun inkişafı üçün vacibdir - Fuad İsgəndərov

İqtisadiyyat Materials 26 Oktyabr 2022 13:12 (UTC +04:00)
Azərbaycan-Gürcüstan-Ermənistan əməkdaşlıq formatı regionun inkişafı üçün vacibdir - Fuad İsgəndərov
Nərgiz Sadıxova
Nərgiz Sadıxova
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan-Gürcüstan-Ermənistan üçtərəfli əməkdaşlıq formatı regionun inkişafı üçün çox vacibdir.

Trend-in məlumatına görə, bu barədə Azərbaycanın İsveçrədəki səfiri Fuad İsgəndərov bu gün Cenevrədə mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Gürcüstanla Azərbaycanın nəqliyyat əməkdaşlığı yaxşı inkişaf edib, region vasitəsilə tranzit daşımaların həcmi artır.

"Hazırda Azərbaycan və Gürcüstan öz nəqliyyat potensialının inkişafı üzərində işləyir, niyə Ermənistan da bu prosesə qoşulmasın? Fikrimcə, bu bütün region üçün səmərəli olacaq", - səfir deyib.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti