...

Azərbaycanın İsveçrəyə xam neft ixracının həcmi açıqlanıb

İqtisadiyyat Materials 26 Oktyabr 2022 22:57 (UTC +04:00)
Azərbaycanın İsveçrəyə xam neft ixracının həcmi açıqlanıb
Nərgiz Sadıxova
Nərgiz Sadıxova
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan İsveçrəyə təxminən 230 milyon frank dəyərində xam neft ixrac edib.

Trend-in məlumatına görə, bu barədə Azərbaycanın İsveçrədəki səfiri Fuad İsgəndərov Cenevrədə keçirilən mətbuat konfransında deyib.

Səfirin sözlərinə görə, İsveçrəyə tədarük edilən xam neftin 70 faizini İtaliyadan keçərək Azərbaycandan gələn karbohidrogenlər təşkil edir.

O, Azərbaycanın 2025-ci ilə qədər Avropa İttifaqına qaz tədarükünü iki dəfə artırmaq planlarından danışaraq, bunun, o cümlədən İsveçrə üçün də, faydalı olacağını qeyd edib.

Xəbər lenti

Xəbər lenti