...

Azərbaycanda bəzi sahibkarlar "Qara cümə" bazarından sui-istifadə edir

İqtisadiyyat Materials 24 Noyabr 2022 13:44 (UTC +04:00)
Azərbaycanda bəzi sahibkarlar "Qara cümə" bazarından sui-istifadə edir

Trend-i buradan izləyin

Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Sabah dünyanın bir çox ölkəsində olduğu kimi Azərbaycanda da "Black Friday" (qara cümə) endirim kampaniyası keçiriləcək. Həmin gün bir çox markalar mallarına 50%-dən çox endirim edərək, müştərilərini sevindirir. İldə bir dəfə keçirilən bu endirim festivalını yüzlərlə insan böyük həvəslə gözləyir. Son dönəmlər Azərbaycanda da “Qara cümə”yə maraq artıb.

Məsələ ilə bağlı Trend-ə açıqlamasında iqtisadçı ekspert Eyyub Kərimli bildirib ki, “Qara cümə”nin əsas hədəfləri əlavə müştərilər cəlb etmək, satış mərkəzlərində dövriyyənin artırılması, həmçinin tanıtımdır.

“Hazırda dünyanın bir çox ölkələri "Qara cümə" keçirir. Ölkəmizdə də bu kampaniya bir neçə ildir tətbiq olunmağa başlayıb. Bu, ümumilikdə müsbət haldır. Nəticədə endirim kampaniyasında satışlar bir neçə dəfə artır, sahibkarlar əlavə gəlir qazanır. İstehlakçılar da məhsulları endirimlə əldə edir. Amma bəzi işbazlar bundan sui-istifadə edirlər. Belə ki, bəzən satış öncəsi qiymətləri artıraraq kampaniya günü süni endirim qiymətləri ilə məhsullarını satır, bununla da istehlakçıların hüquqlarını pozmuş olurlar.

Belə hallara nəzarət əsasən ictimaiyyət nümayəndələrinə, QHT-lərə, KİV-lərə həvalə edilməli, öncədən monitorinqlər aparılmalıdır. Bundan başqa bu istiqamətdə İqtisadiyyat Nazirliyinin nəzdində İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti fəaliyyət göstərir. Ancaq belə hallar kütləvi olduğundan dövlət qurumlarının məsələyə daha ciddi nəzarət etməsi məhduddur", - deyə ekspert qeyd edib.

Qeyd edək ki, “Qara cümə” anlayışı 1932-ci ildə ABŞ-də yaranıb və bir neçə il sonra bütün dünyada məşhurlaşıb. ABŞ-də hər il noyabr ayının dördüncü cümə günü milad alış-verişi mövsümünün başlanğıcı kimi qəbul olunur. Bu günü önəmli edən əsas məqam məhz bu tarixdə mağazalarda əksər məhsullara böyük endirimlərin tətbiq edilməsidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti