...

Azərbaycan nefti ucuzlaşıb

İqtisadiyyat Materials 29 Noyabr 2022 10:26 (UTC +04:00)
Azərbaycan nefti ucuzlaşıb

Bakı. Trend:

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti noyabrın 28-də 84,03 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 2,85 dollar/barel azdır.

Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 80,75 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 2,84 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 49,94 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstərici ilə müqayisədə 2,9 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 82,65 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 2,83 dollar/barel azdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti