...

Türkiyə-Azərbaycan-Türkmənistan yeni enerji dəhlizinin mühüm tərəfləri olacaq - Türkiyəli politoloq

İqtisadiyyat Materials 13 Dekabr 2022 17:43 (UTC +04:00)
Türkiyə-Azərbaycan-Türkmənistan yeni enerji dəhlizinin mühüm tərəfləri olacaq - Türkiyəli politoloq
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyə-Azərbaycan -Türkmənistan arasında baş tutacaq görüş Xəzər hövzəsindən karbohidrogen, neft və təbii qazın Avropaya nəql edilməsi cəhətdən önəmlidir.

Bunu Türkiyə-Azərbaycan -Türkmənistan zirvə görüşünü Trend-ə şərh edən Şanxay Universitetinin Qlobal İdarəetmə Mərkəzinin tədqiqatçısı Selimhan Yeniacun deyib.

O bildirib ki, Türkiyə-Azərbaycan-Türkmənistan yeni bir enerji dəhlizinin mühüm tərəfləri olacaq.

"Türkmənistan qazının Azərbaycan qazı ilə birləşib Türkiyə üzərindən Avropaya çatdırılması çox vacibdir. Bu çərçivədə keçiriləcək görüşdə atılacaq addımlara Avropanın da ciddi dəstəyi olacaq. Avropanın neft, təbii qaz tələbinin qarşılanması üçün bu üç ölkənin görüşmələri çox önəmlidir. 2022-ci ilin son günlərində çox məhsuldar qərarlar alınacağını düşünrəm", - deyə o əlavə edib.

Qeyd edək ki, dekabrn 14-də Türkmənistanın Avaza şəhərində Türkiyə-Azərbaycan -Türkmənistan Zirvə görüşü keçiriləcək.

Görüş zamanı üç ölkə arasında, ilk növbədə, ticarət, enerji və nəqliyyat sahələrində əməkdaşlığın daha da dərinləşdirilməsi istiqamətində addımların müzakirəsi planlaşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti