...

“Azpetrol” şirkəti “İlin yanacaqdoldurma məntəqələri şəbəkəsi” seçilib (FOTO)

İqtisadiyyat Materials 22 Dekabr 2022 13:05 (UTC +04:00)
“Azpetrol” şirkəti “İlin yanacaqdoldurma məntəqələri şəbəkəsi” seçilib (FOTO)

Bakı. Trend:

“Caspian Energy Club” 21 dekabr tarixində “Caspian Business Award 2022” – VII Beynəlxalq Mükafatının təqdimetmə mərasimini təşkil edib.

“Caspian Business Award 2022” – Beynəlxalq Mükafatının nominantları “Caspian Energy Club”-a daxil olan şirkətlərin rəhbərləri arasında keçirilən sorğu nəticəsində müəyyənləşdirilib. Sorğunun nəticələrinə görə, “İlin yanacaqdoldurma məntəqələri şəbəkəsi” nominasiyasının qalibi - “Azpetrol” şirkəti seçilib.

Təqdimetmə mərasimində dövlət qurumlarının, “Caspian Energy Club”- a üzv şirkətlərinin rəhbərləri və nümayəndələri iştirak ediblər.

Azpetrol – Daim inkişafa doğru!

Əlaqə: 957

Məqalədə:
Xəbər lenti

Xəbər lenti