Bakı. Trend:
Dünya Bankı Azərbaycanda insan kapitalı göstəricilərinin daha da yaxşılaşacağını gözləyir.
Trend-in məlumatına görə, bu barədə Dünya Bankının Avropada və Mərkəzi Asiya regionunda insan inkişafı üzrə regional direktoru Fadia Saadah "Azərbaycanda İnsan Kapitalı İcmalı"nın təqdimatına həsr olunmuş tədbirdə deyib.
Onun sözlərinə görə, Dünya Bankı heyətinin Azərbaycana səfəri zamanı Azərbaycanın daha yaxşı göstəricilərə nail olacağı haqqında nəticə çıxarmaq olar.
"Qeyd etmək istəyirəm ki, səfər və Bakıda keçirilən görüşlər çərçivəsində ölkənin dövlət strukturlarının proqramımıza və hazırlanmış İcmala açıq olduğunu gördüm. Sıx əməkdaşlığımız sayəsində insan resursları üzrə daha yaxşı göstəricilərin əldə olunacağından əminik", - o qeyd edib.
Regional direktor tərəflərin qoyulmuş məqsədlərə nail olmaq üçün bütün imkanlara malik olduqlarından əminliyini ifadə edib.