...

Qarabağda 8 magistral yolun tikintisi üzrə işlər görülür - Emin Hüseynov

İqtisadiyyat Materials 6 Mart 2023 12:18 (UTC +04:00)
Qarabağda 8 magistral yolun tikintisi üzrə işlər görülür - Emin Hüseynov
Sədrəddin Ağcayev
Sədrəddin Ağcayev
Bütün xəbərlər

Füzuli. Trend:

Bu gün Qarabağda səkkiz magistral avtomobil və iki dəmir yolunun tikintisi üzrə aktiv işlər görülməkdədir.

Trend-in məlumatına görə, bu barədə Azərbaycan Respublikası Prezidentinin Qarabağ iqtisadi rayonunun tərkibinə daxil olan işğaldan azad edilmiş ərazilərindəki (Şuşa rayonu istisna olmaqla) xüsusi nümayəndəsi Emin Hüseynov Cəbrayıl, Zəngilan rayonlarında və Şuşa şəhərinin Daşaltı kəndindəki mədəni, tarixi və dini abidələrə baxış məqsədilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzinin işçi qrupunun iclasında deyib.

Onun sözlərinə görə, ən genişmiqyaslı layihələrdən biri Bərdə-Ağdam, Talış-Tapqaraqoyunlu-Daşaltı, Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolları və digərləridir.

"Bundan başqa, hazırda Bərdə-Ağdam və Horadiz-Ağbənd dəmir yolu inşa olunmaqdadır", - Hüseynov deyib.

İKT infrastrukturunun inşasından danışan xüsusi nümayəndə cari ay ərzində Tərtər rayonunun Talış kəndində ilk mobil bazanın inşasının bitəcəyini bildirib.

"Ağdamda yolların və İT infrastrukturunun inşası üzrə işlər vahid konsepsiya prinsipi üzrə aparılır. Ağdamda görüləcək işlərin layihələndirilməsi artıq bitmək üzrədir və yaxın zamanda müvafiq tenderlər elan etməyi planlaşdırırıq", - o əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti