...

Xanoba sərhəd məntəqəsinin işə salınması Azərbaycanla Rusiya arasında əmtəə dövriyyəsini artırmağa imkan verəcək - Şahin Mustafayev

İqtisadiyyat Materials 17 Mart 2023 14:03 (UTC +04:00)
Xanoba sərhəd məntəqəsinin işə salınması Azərbaycanla Rusiya arasında əmtəə dövriyyəsini artırmağa imkan verəcək - Şahin Mustafayev
Sədrəddin Ağcayev
Sədrəddin Ağcayev
Bütün xəbərlər

Xaçmaz. Trend:

Xanoba sərhəd məntəqəsinin işə salınması Azərbaycanla Rusiya arasında əmtəə dövriyyəsini artırmağa imkan verəcək.

Trend-in məlumatına görə, bu barədə bu gün Xanoba gömrük postunun açılış mərasimində Azərbaycan Respublikası baş nazirinin müavini Şahin Mustafayev deyib.

Onun sözlərinə görə, məntəqənin istismara verilməsi gündə 300-dək yük, 1000-dək isə minik avtomobilini buraxmağa imkan verəcək.

"Biz bu gün Rusiya tərəfi ilə əmtəə dövriyyəsində artım müşahidə edirik və Azərbaycanla Rusiya arasında nəqliyyat layihələrinin genişləndirilməsi üzrə işlər çox vacibdir. Biz Rusiya ilə qarşılıqlı fəaliyyəti davam etdirməyə hazırıq", - o əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti