...

Türk şirkəti Qarabağda həyata keçirilən nəqliyyat layihələrindən danışıb

İqtisadiyyat Materials 4 Aprel 2023 16:47 (UTC +04:00)
Türk şirkəti Qarabağda həyata keçirilən nəqliyyat layihələrindən danışıb
Sədrəddin Ağcayev
Sədrəddin Ağcayev
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyənin "Proyapı" tikinti şirkəti 2025-ci ilədək avtomobil yolları, körpü və tunellərin cari tikintisini bitirməyi planlaşdırır.

Bu barədə çərşənbə axşamı Trend-ə "Proyapı" şirkətinin Azərbaycandakı idarəetmə heyətinin sədr müavini Akif Aygen deyib.

Onun sözlərinə görə, şirkət minimal müddətdə "Zəfər Yolu"nu inşa edərək istismara verib.

"Füzuli-Şuşa avtomobil yolunun tikintisi davam edir. Bu yolun 2024-cü ildə tikintisinin tamamlanması və istismara verilməsi planlaşdırılır. Bundan başqa, Mincivan-Ağbənd avtomobil yolunu, Kəlbəcər-Laçın yolunu inşa etməyə davam edirik. Bununla yanaşı, Xudafərin-Qubadlı-Laçın yolunun tikintisi davam etdirilir. Bu yol Xudafərini Laçın və Gəncə ilə birləşdirəcək", - o deyib.

A.Aygen "Zabuxçay" su anbarının tikintisinin də davam etdiyini vurğulayıb.

""Zabuxçay" Qarabağda inşa olunan ilk su anbarıdır. Biz Azərbaycanın işğaldan azad edilmiş ərazilərində inşa olunacaq digər su anbarlarını da layihələndirməkdəyik", - o vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti