...

BVF qlobal ÜDM artımı proqnozunu zəiflədib

İqtisadiyyat Materials 12 Aprel 2023 02:18 (UTC +04:00)
BVF qlobal ÜDM artımı proqnozunu zəiflədib

Bakı. Trend:

Beynəlxalq Valyuta Fondu (BVF) qlobal ÜDM-in artımı ilə bağlı proqnozunu 2023-cü ildə 2,8%-ə, 2024-cü ildə isə 3%-ə endirib.

Trend xəbər verir ki, bu barədə BVF-nin dünya iqtisadiyyatının inkişaf perspektivlərinə dair hesabatında deyilir.

"Ən son proqnozlarımıza görə, qlobal iqtisadiyyat-ın artımı bu il 2,8 faizə enəcək, 2024-cü ildə isə bir qədər artaraq 3 faizə yüksələcək", - deyə hesabatda bildirilir.

Bildirilir ki, bu il qlobal ÜDM artımının yanvar ayı proqnozu 0,1 faiz bəndi azaldılıb. Gələn il bu göstəricinin artması ilə bağlı proqnoz da 0,1 faiz bəndi azaldılıb.

"Qlobal inflyasiya 2022-ci ildəki 8,7%-dən bu il 7%-ə və 2024-cü ildə 4,9%-ə qədər gözləniləndən daha yavaş olsa da, azalacaq", - deyə hesabatda qeyd edilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti