...

Pandemiya dövründə biznes aparmağın yeni yolları ortaya çıxdı - Entoni Ariqanello

İqtisadiyyat Materials 20 Aprel 2023 14:42 (UTC +04:00)
Pandemiya dövründə biznes aparmağın yeni yolları ortaya çıxdı - Entoni Ariqanello

Bakı. Trend:

COVID-19 pandemiyası dövründə biznes aparmağın yeni yolları ortaya çıxdı.

Trend cümə axşamı xəbər verir ki, bunu Dünya Kadr İdarəetmə Assosiasiyaları Federasiyasının (WFPMA) direktoru Entoni Ariqanello Bakıda keçirilən Qlobal HR sammitində deyib.

"COVID-19 pandemiyası çox itkilərə səbəb oldu və ağır dərs verdi, lakin həm də şirkət rəhbərlərinin iş prosesinə dair düşüncələrini dəyişdirmək üçün stimul oldu", - E. Ariqanello deyib.

Onun sözlərinə görə, daha geniş yayılmış xüsusən təzahür distant rejimdə iş oldu.

E. Ariqanello bildirib ki, WFPMA tərəfindən keçirilən və dünya üzrə 660 000 HR mütəxəssisini əhatə edən sorğuda hazırda bu sahədə xüsusi diqqət yetirilən üç əsas istiqamət xüsusi vurğulanıb. Bunlar rəqəmsallaşma, istedadların inkişafı və əmək sferasının gələcəyidir.

O həmçinin şirkətlərin siyasətinə bərabərlik, müxtəliflik və inklüzivlik prinsiplərinin daxil edilməsinin əhəmiyyətini vurğulayıb.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti