...

2022-ci il üzrə auditlərin əsas nəticələri açıqlanıb

İqtisadiyyat Materials 25 Aprel 2023 15:35 (UTC +04:00)
2022-ci il üzrə auditlərin əsas nəticələri açıqlanıb
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Audit növləri üzrə yol verilmiş nöqsanları qruplaşdıraraq bildirmək istəyirəm ki, başa çatdırılmış auditlərlə ümumi uyğunluqdan kənarlaşma 530,1 mln. manat, maliyyə hesabatlarında mahiyyətə təsir edən təhrif məbləği 564,5 mln. manat, uçota dair tələblərin pozulması ilə bağlı təhrif məbləği isə 233,3 mln. manat müəyyən edilib.

Trend-in məlumatına görə, bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Milli Məclisin bu gün keçirilən iclasında Hesablama Palatasının 2022-ci ildə fəaliyyəti haqqında Hesabatı təqdim edərkən deyib.

O qeyd edib ki, uyğunluq auditlərinin 66%-də müəyyən edilmiş meyarlara uyğun olma (bəzi məsələlər istisna olmaqla), 34%-də isə əhəmiyyətli uyğunsuzluqların olması ilə bağlı rəy verilib.

“Maliyyə auditləri üzrə 5 müsbət, 2 şərti-müsbət, 1 mənfi rəy verilmiş, 1 audit üzrə isə məlumatlar tam olmadığından rəy verilməsindən imtina edilib”, - deyə o qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti