...

İstifadəyə verilməyən 10 layihəyə 40 milyon manata yaxın vəsait xərclənib - Hesablama Palatası

İqtisadiyyat Materials 24 May 2023 17:17 (UTC +04:00)
İstifadəyə verilməyən 10 layihəyə 40 milyon manata yaxın vəsait xərclənib - Hesablama Palatası
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

2022-ci ildə başa çatdırılması nəzərdə tutulan, lakin istifadəyə verilməyən 10 layihəyə 39,7 mln. manat xərclənib.

Trend-in məlumatına görə, bu barədə Hesablama Palatasının sədri Vüqar Gülməmmədov İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında deyib.

"Dövlət əsaslı vəsait qoyuluşu üçün nəzərdə tutulan vəsaitlərin bölgüsünə daxil edilmiş 507 layihədən 332-si keçid, 175-i isə yeni layihələr olubki, bu layihələrin icrasına müvafiq olaraq 2,7 mlrd. manat və 571,9 mln. manat vəsait yönəldilib. 2022-ci ildə başa çatdırılması nəzərdə tutulan, lakin istifadəyə verilməyən 10 layihəyə 39,7 mln. manat xərclənib. Xarici kreditor qurumlarla birgə maliyyələşmə əsasında həyata keçirilən layihələrin icrası üçün nəzərdə tutulan məbləğ 56,1% azaldılmış və 259,7 mln. manat icra edilib", - deyə V.Gülməmmədov bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti