...

AZAL Bakı-Bişkek marşrutu üzrə uçuşlara başlayır

İqtisadiyyat Materials 23 İyun 2023 12:12 (UTC +04:00)
AZAL Bakı-Bişkek marşrutu üzrə uçuşlara başlayır

Bakı. Trend:

AZAL iyulun 15-dən etibarən Bakıdan Qırğızıstanın paytaxtına və əks istiqamətdə reyslər həyata keçirməyə başlayacaq.

AZAL-ın mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Bakı-Bişkek marşrutu üzrə uçuşlar aviaşirkət tərəfindən həftədə bir dəfə - şənbə günləri həyata keçiriləcək.

Dağlarla əhatə olunmuş Bişkek parlaq mədəniyyəti, milli adət-ənənələri və qonaqpərvərliyi ilə məşhurdur.

Bakı-Bişkek-Bakı marşrutu üzrə reysin icra olunması Azərbaycan və Qırğızıstan arasında turizm və işgüzar səfərlər üçün sərnişinlərin imkanlarını genişləndirəcək, eyni zamanda Bakının tranzit potensialının inkişafına töhfə verəcək.

AZAL-ın reyslərinə biletləri artıq rəsmi www.azal.az saytından, həmçinin aviaşirkətin mobil tətbiqi vasitəsilə əldə etmək olar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti