...

Trabzon limanı 200-dən çox gəmi qəbul edib

İqtisadiyyat Materials 27 İyul 2023 09:32 (UTC +04:00)
Trabzon limanı 200-dən çox gəmi qəbul edib

Bakı. Trend:

2023-cü ilin yanvar-iyun aylarında Türkiyənin Trabzon limanı 227 gəmi qəbul edib.

Trend-in məlumatına görə, bu barədə TurkicWorld-a Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən bildirilib.

Nazirlikdən verilən məlumata görə, qeyd edilən müddət ərzində Türkiyənin Trabzon limanı digər ölkələrin bayraqları altında üzən 178 gəmi qəbul edib.

Qeyd edək ki, bu ilin iyun ayında Türkiyə limanları 5 min 658 gəmi qəbul edib.

Məlumata görə, bu dövrdə Türkiyə limanlarına qəbul edilən xarici gəmilərin sayı 3 min 785, Türkiyə bayrağı altında qəbul edilən gəmilərin sayı isə min 1 873 olub.

2023-cü ilin yanvar-iyun aylarında Türkiyə limanları ümumilikdə 28 min 836 gəmi qəbul edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti