...

İnvestisiya fondlarına yeni tələb qoyulub

İqtisadiyyat Materials 31 İyul 2023 12:55 (UTC +04:00)
İnvestisiya fondlarına yeni tələb qoyulub
Sədrəddin Ağcayev
Sədrəddin Ağcayev
Bütün xəbərlər

Bakı.Trend:

Azərbaycanda investisiya fondları və onların idarəçiləri reyestrə daxil edilmiş məlumatlarda dəyişikliklər barədə Mərkəzi Banka 5 iş günü müddətində yazılı bildiriş göndərməli olacaqlar.

Trend-in məlumatına görə, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi "İnvestisiya fondları haqqında" qanunda dəyişiklik edilməsi barədə qanunda öz əksini tapıb.

Sənədə əsasən, “Qiymətli kağızlar bazarı haqqında” qanunda nəzərdə tutulan sənədlər Mərkəzi Banka əvvəlcədən təqdim edildikdə və həmin sənədlərdə dəyişiklik olmadıqda onların yenidən təqdim edilməsi tələb edilmir, bu şərtlə ki, Mərkəzi Banka bu barədə yazılı məlumat verilsin.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti