Bakı. Trend:
Azərbaycanda “Arbitraj haqqında” yeni qanun layihəsi müzakirəyə çıxarılıb.
Trend-in məlumatına görə, qanun layihəsi Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müəyyən edilir.
Qanun layihəsi arbitraj icraatının həyata keçirilməsi ilə bağlı yaranan ictimai münasibətləri tənzimləyir, arbitraj sazişinə dair tələbləri, Azərbaycan Respublikasında arbitraj məhkəmələrinin və daimi arbitraj təşkilatlarının təşkili, fəaliyyət göstərməsi, arbitraj icraatının aparılması, arbitraj qərarlarının tanınması və icrası qaydalarını müəyyən edir.