...

Metroda bir sərnişinin daşınma xərci niyə artıb? - AÇIQLAMA

İqtisadiyyat Materials 4 Noyabr 2023 17:10 (UTC +04:00)
Metroda bir sərnişinin daşınma xərci niyə artıb? - AÇIQLAMA
Asif Mehman
Asif Mehman
Bütün xəbərlər

Bakı. Trend:

Ən əsas səbəb pandemiya və dünya bazarlarında aldığımız məhsulların qiymətidir. Maya dəyərində 2018-ci ildə 51, 2019-cu ildə 50 qəpiyə doğru düşməyin 3 vacib səbəbi var idi. Birinci və ən mühümü sərnişin sayının artması idi. İkincisi apardığımız texniki, idarəetmə və insan resursları baxımından optimallaşma tədbirləri, üçüncüsü isə metropolitenin öz xüsusiyyətləri nəzərə alınmaqla yeni texnika və qabaqcıl texnologiyaların tətbiqi idi.

Bunu Trend-ə özəl müsahibəsində “Bakı Metropoliteni”QSC-nin sədr müavini Hidayət Məmmədov bildirib.

Onun sözlərinə görə, pandemiya dövründə sərnişin sayı 3 dəfəyə qədər azaldısa, deməli, həmin rəqəmlər buna mütənasib qaydada artmağa başladı. 2022-ci ildə pandemiya məhdudiyyətləri aradan qalxmağa başladı və sərnişin artdıqca, daşımanın maya dəyəri də bir o qədər aşağı düşməyə başladı və 68 qəpiyə qədər düşdü.

"Bu il isə 2022-ci ildən də təxminən 5-6 faiz çox sərnişin daşıyacağımız gözlənilir. Müstəqil audit yoxlamasından sonra 2020-ci və 2021-ci illərin maliyyə hesabatları dərc olunacaq və həmin zaman siz də bunları əyani şəkildə görəcəksiniz. Beynəlxalq reytinqlərdə ilk dördlükdə olan audit təşkilatlarından biri olan hazırkı müstəqil auditin rəyi alındıqdan sonra ictimaiyyət bütün rəqəmləri müqayisəli şəkildə görə biləcək. O ki qaldı, gəlir məsələsinə, metropolitenin ən əsas gəlir mənbəyi sərnişindaşımadır. Reklam, ticarət köşkləri, kabellərə xidmət və s. gəlirlər sərnişindaşıma ilə müqayisədə cüzi rəqəmlədir", - deyə o, əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti