...

Qarabağda ilk texnoloji təqdimat və gənclər arasında gaming festival (FOTO)

İqtisadiyyat Materials 20 Dekabr 2023 10:17 (UTC +04:00)
Qarabağda ilk texnoloji təqdimat və gənclər arasında gaming festival (FOTO)

Bakı. Trend:

Hazırda işğaldan azad olunan ərazilərdə sürətlə bərpa-quruculuq işləri gedir və həyat əvvəlki axarına qayıdır. Kompüter avadanlıqlarının böyük idxalçılarından biri olan Aztech şirkəti 19.12.2023-cü il tarixində Laçında “LaCinema” kino mərkəzində “LEGİON GO” portativ oyun konsolunun ilk təqdimatını və gənclər arasında əyləncəli Gaming Festival keçirtdi. Bu Aztech şirkətinin Laçına artıq 2-ci gəlişi idi, bundan öncə də Laçın rayonu 2 saylı tam orta məktəbə şirkət tərəfindən 30 noutbuk hədiyyə edilmişdir. Dünya təqdimatı cəmi bir neçə həftə əvvəl keçirilmiş yeni portativ oyun konsolu “Lenovo Legion Go” Laçındakı bu təqdimatdan sonra Azərbaycanda rəsmi satışa çıxarıldı.

Təqdimatdan sonra məktəblilər və gənclər arasında maarifləndirici və əyləncəli Gaming Festival keçirildi. Gənc nəslin maarifləndirilməsi, yeni texnoloji ürünlərlə tanışlığı, boş asudə vaxtlarını daha faydalı necə keçirə biləcəkləri barəsində maraqlı diskusiyalar aparıldı. Laçınlı gənclər və məktəblilər üçün əsl bayram abu-havalı olan və Qarabağda ilk dəfə təşkil olunan bu tədbirə maraq böyük idi.

Şirkətin marketing meneceri Gülnar İsmayılova öz müsahibəsində belə bildirmişdi ki, “Aztech şirkəti olaraq işğaldan azad olmuş torpaqlarımızda belə bir tədbiri keçirmək bizim üçün böyük qürurdur! Tövsiyyə edirik ki, bundan sonra digər texnoloji şirkətlər də önəmli təqdimatlarını və tədbirlərini məhz doğma Qarabağımızda keçirsinlər ki, bu torpaqlarda həyat tez bir zamanda əvvəlki məcrasına qayıtsın.”

Aztech 1998-ci ildən fəaliyyət göstərir və bugün ölkədə aparıcı kompüter idxalçılarından biri olaraq, ASUS, LENOVO və MSİ brendlərinin topdan, korporativ və pərakəndə satışını həyata keçirir.

Xəbər lenti

Xəbər lenti