...

Azərbaycan ət idxalına çəkdiyi xərci ARTIRIB

İqtisadiyyat Materials 20 Mart 2024 14:14 (UTC +04:00)
Azərbaycan ət idxalına çəkdiyi xərci ARTIRIB
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin yanvar-fevral aylarında Azərbaycan 8 min 180 ton ət idxal edib.

Trend Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə ətin dəyəri 17 milyon 442 min ABŞ dolları olub.

Bunlar ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 858 ton (11,7%), dəyər baxımından isə 5 milyon 450 min ABŞ dolları (45,4 %) çoxdur.

Hesabat dövründə ət idxalına çəkilən xərc Azərbaycanın ümumi idxal xərclərinin 0,7 %-ni təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti