...

Ölkələr COP çərçivəsində iqlimlə bağlı sahələrdə qanunvericiliklərini yeniləyir - Əsəd Şirinov

İqtisadiyyat Materials 22 May 2024 12:24 (UTC +04:00)
Alyona Pavlenko
Alyona Pavlenko
Bütün xəbərlər

Bakı. Trend:

COP konfransının əsas aspektlərindən biri iştirakçı ölkələrin beynəlxalq öhdəliklərə cavab vermək üçün iqlimlə bağlı sahələrdə qanunvericiliklərini yeniləməsidir.

Trend xəbər verir ki, bu barədə bu gün Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Əsəd Şirinov ADA Universitetində keçirilən "İqlim dəyişmələri ilə mübarizənin imkanları və çağırışları. Avropa və regional perspektivlər" mövzusunda semninarda deyib.

Onun sözlərinə görə, Azərbaycan iqlim dəyişmələri probleminə daima xüsusi diqqət yetirir.

O, həmçinin ekologiya sektoru ilə əlaqəli təşkilatların COP29-dan öncə keçirilən tədbirlərdə fəal iştirak etdiyini bildirib.

"Ənənəvi olaraq neft-qaz ölkəsi olan Azərbaycan "yaşıl" enerjiyə sadiqliyini nümayiş etdirir. Dövlət qurumları su diplomatiyası, transsərhəd əməkdaşlıq və innovativ həllərə xüsusi diqqət yetirməklə, COP29-a hazırlıq çərçivəsində mühüm məsələlərin həlli üzərində aktiv şəkildə çalışır", - deyə o əlavə edib.

Qeyd edək ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyası bu ilin noyabrında Azərbaycanda keçiriləcək. Bununla bağlı qərar COP28-in ötən il dekabrın 11–də Dubayda keçirilmiş plenar iclasında qəbul olunub. İki həftə ərzində Bakı dünyanın mərkəzinə çevriləcək və 70-80 minə yaxın xarici qonağı qəbul edəcək.

BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası insanın iqlim sisteminə təhlükəli müdaxiləsinin qarşısını almaq məqsədilə 1992-ci ilin iyununda Rio-de-Janeyro şəhərində keçirilmiş Yer Sammitində imzalanmış sazişdir. COP (Conference of Parties) abreviaturunun ingilis dilindən tərcüməsi Tərəflər Konfransı deməkdir.

Konvensiyanın tərəfləri 198 ölkədir. Əgər tərəflərin fərqli qərarı olmazsa, COP hər il keçirilir. COP-un ilk tədbiri 1995-ci ilin martında Berlində baş tutub, katibliyi Bonn şəhərində yerləşir.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Xəbər lenti

Xəbər lenti