...

Qarabağın bərpasında biznes ilə birgə fəaliyyət daha sıx olacaq - Mikayıl Cabbarov

İqtisadiyyat Materials 28 İyun 2024 16:10 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Qarabağı birlikdə bərpa etmək və bunu reallığa çevirmək üçün biznes ilə birgə fəaliyyət daha sıx olacaq.

Trend xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkə hesabında bildirib.

"Sahibkarlarla Şuşada keçirdiyimiz tədbir səmərəli müzakirələr, məhsuldar görüşlər və xoş təəssüratlarla yadda qaldı. Biznes nümayəndələri ilə birlikdə atılacaq addımları müəyyənləşdirdik, qarşılıqlı gözləntilərimizi və sual yaradan məqamları nəzərdən keçirdik.

Vahid amalımız Qarabağı birlikdə bərpa etməkdir və bunu reallığa çevirmək üçün birgə fəaliyyətimiz daha sıx olacaq. Bütün tədbir iştirakçılarına təşəkkür edirik", - nazir qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti