...

Astraxanda "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizi üzrə forum keçiriləcək

İqtisadiyyat Materials 5 Sentyabr 2024 12:23 (UTC +04:00)
Lada Yevgraşına
Lada Yevgraşına
Bütün xəbərlər

Bakı. Trend:

Astraxan şəhəridə "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizi (MTK) üzrə beynəlxalq forum keçiriləcək.

Trend bu barədə forumun saytına istinadən xəbər verir.

“13-15 noyabr tarixlərində Astraxan şəhəridə "Şimal-Cənub - Yeni Üfüqlər" adlı beynəlxalq forum təşkil ediləcək. Forum MDB ölkələri, Yaxın Şərq, Cənubi Asiya və Şərqi Afrika ölkələri arasında ticarət-iqtisadi əlaqələrin möhkəmləndirilməsi və "Şimal-Cənub" dəhlizinin yeni iş konsepsiyasının formalaşdırılması məqsədini güdür”, - Rusiya KİV yazır.

Forumda müzakirə ediləcək mövzular arasında İrandan, İraqdan, Pakistan, Əfqanıstan, Yaxın Şərq, Cənubi Asiya, Şərqi Afrika və Qlobal Cənubdan gələn tələblər və ixrac təklifləri, Yaxın Şərq, Cənubi Asiya və Şərqi Afrikada mövcud və yeni ticarət-nəqliyyat mərkəzləri, "Şimal-Cənub" dəhlizi və əlaqəli marşrutlar üzrə tariflər və daşınma müddətləri, Şərq və Qlobal Cənubla iş üçün maliyyə sxemləri və yük sığortası, eləcə də, yeni şəraitdə paralel idxal və təkrar ixrac məsələləri olacaq.

Tədbirdə iştirak etmək üçün həm region ölkələrinin şirkət nümayəndələri, həm də logistika, bank, maliyyə, konsaltinq və ticarət sahələrindən mütəxəssislər dəvət olunacaq.

Qeyd edək ki, "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizi 2000-ci ildən Sankt-Peterburqda imzalanmış "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizinin yaradılması haqqında saziş əsasında inkişaf edir. Hazırda 12 ölkə, o cümlədən, Azərbaycan dəhlizin iştirakçısıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti