Bakı. Trend:
Ötən il Azərbaycanda 378 ton mis filizləri istehsal edilib.
Trend bu barədə Dövlət Statistika Komitəsindən məlumat əldə edib.
Məlumata görə, bu göstərici əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1 758 ton və ya 5,6 dəfə azdır. Belə ki, 2023-cü ildə Azərbaycanda 2 136 ton miqdarında mis filizləri istehsal edilib.
Bununla yanaşı, ötən il Azərbaycanda 5,5 ton mis konsentratı tərkibində qızıl, 570 ton mis konsentratı tərkibində gümüş, 3 184 ton gümüş filizləri və konsentratları, 2 663 ton qızıl filizləri və konsentratları istehsal edilib.
Bunlar da illik müqayisədə müvafiq olaraq 39,3 ton (8 dəfə), 789 ton (58%), 521 ton (14%) və 97 ton (3,5%) azdır.
Belə ki, 2023-cü ildə Azərbaycanda 44 ton mis konsentratı tərkibində qızıl, 1 359 ton mis konsentratı tərkibində gümüş, 3 705 ton gümüş filizləri və konsentratları, 2 760 ton qızıl filizləri və konsentratları istehsal edilib.