...

bp Şahdəniz yatağının hasilat göstəricilərini açıqlayıb

İqtisadiyyat Materials 13 Fevral 2025 15:39 (UTC +04:00)
bp Şahdəniz yatağının hasilat göstəricilərini açıqlayıb
Əvəz Həsənov
Əvəz Həsənov
Bütün xəbərlər

Bakı. Trend:

Şahdəniz qaz-kondensat yatağında 2006-cı ildə kommersiya məqsədilə istismara verildikdən 2024-cü ilin sonunadək hasil edilən qazın həcmi açıqlanıb.

Trend bu barədə bp şirkətinin Azərbaycanda fəaliyyətinə dair ötən ilin nəticələrinə həsr olunmuş hesabatına istinadən xəbər verir.

Məlumata görə, 2006-cı ildən ötən ilin sonuna kimi Şahdəniz yatağından 237 milyard kubmetr qaz hasil edilib. Bəhs olunan dövrdə yatağın kondensat hasilatı 49 milyon ton təşkil edib.

Qeyd edək ki, ötən il Şahdəniz yatağından 28 milyard standart kubmetr qaz hasil edilib. Bu göstərici əvvəlki illə müqayisədə 2 milyard standart kubmetr, yaxud da 7,7% çoxdur. Bununla yanaşı, ötən il Şahdəniz yatağından 4 milyon tondan çox (təqribən 35 milyon barel) kondensat hasil edilib. Bu göstərici illik müqayisədə dəyişməyib. Belə ki, 2023-cü ildə Şahdəniz yatağından ümumilikdə - Şahdəniz Alfa və Şahdəniz Bravo platformalarından birlikdə təqribən 26 milyard standart kubmetr qaz və 4 milyon tondan çox (təqribən 35 milyon barel) kondensat hasil edilib.

Mövcud Şahdəniz qurğularının hasilat gücü hazırda gündə təxminən 79 milyon (ildə təqribən 29 milyard) standart kubmetrdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti