...

Azərbaycan azot gübrəsi ixracından gəlirini 43 milyon dollar artırıb

İqtisadiyyat Materials 17 Fevral 2025 14:53 (UTC +04:00)
Azərbaycan azot gübrəsi ixracından gəlirini 43 milyon dollar artırıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Ötən il Azərbaycandan 126,2 milyon ABŞ dolları dəyərində 564,9 min ton azot gübrəsi ixrac edilib.

Bu barədə Trend Dövlət Gömrük Komitəsindən məlumat əldə edib..

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə, dəyər ifadəsində 43,2 milyon ABŞ dolları və ya 52,1%, həcm ifadəsində isə 202,7 min t ton və ya 56% çoxdur.

Ötən il azot gübrəsi ixracı ölkənin ümumi ixracında 0,48%, qeyri-neft sektoru üzrə ixracında isə 3,76% paya malik olub.

Qeyd edək ki, ümumilikdə, 2024-cü ildə Azərbaycandan 293,7 milyon ABŞ dolları dəyərində 1,1 milyon ton kimya sənayesi məhsulları ixrac edilib. 2023-cü ildəki göstəricilərlə müqayisədə ixrac edilən kimya sənayesi məhsullarının dəyəri 45,5 milyon ABŞ dolları (18,3%), həcmi isə 169,5 min ton (18%) artıb.

Hesabat dövründə kimya sənayesi məhsulları Azərbaycanın ümumi ixracdakı payının 1,11%-ni, qeyri-neft sektoru üzrə isə 8,75%-ni təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti