...

Qlobal Fondun qrant vəsaiti hesabına Azərbaycanda İİV infeksiyasının profilaktikası aparılacaq

İqtisadiyyat Materials 17 Mart 2025 14:36 (UTC +04:00)
Qlobal Fondun qrant vəsaiti hesabına Azərbaycanda İİV infeksiyasının profilaktikası aparılacaq
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:
Qlobal Fondun qrant vəsaiti hesabına Azərbaycanda qeyri-ənənəvi həyat tərzi keçirən qadınlar (SW və ya SBİ) arasında İİV infeksiyasına qarşı profilaktik tədbirlər görüləcək.

Trend-in əldə etdiyi məlumata görə, profilaktik tədbirlər Bakı, Sumqayıt, Abşeron, Şirvan, Hacıqabul, Kürdəmir, Xızı, Siyəzən, Şabran, Quba, Xaçmaz, Şamaxı, Göyçay şəhərlərini (rayonlarını) əhatə edəcək.

Belə ki, artıq bununla bağlı Respublika QİÇS-lə Mübarizə Mərkəzi müvafiq işlərə başlayıb.

Mərkəz sözügedən işlərin icrasının 588,5 min manata başa gələcəyini proqnozlaşdırıb.

Qeyd edək ki, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, QİÇS, Vərəm və Malyariya ilə Mübarizə üzrə Qlobal Fondun “Azərbaycan Respublikasında Yüksək riskə məruz qalan əhali qrupları üçün milli imkanların, profilaktika və müalicə xidmətlərinin gücləndirilməsi vasitəsilə İİV epidemiyasına qarşı cavab tədbirlərinin genişləndirilməsi və zəruri ÇDD/GDD Vərəm xidmətlərinə çıxışın və keyfiyyətinin davamlılığının təmin edilməsi” Qrantının Əsas Resipiyentidir.

Proqram İİV-ə yoluxmada yüksək səviyyədə məruz qalan riskli əhali qrupları (İNİ-lər, seks işçiləri, KCK-lar, TG insanlar) arasında zərərin azaldılması layihələrini həyata keçirən yerli QHT-lərlə sıx əməkdaşlıq şəraitində həyata keçirilir. Proqramın əsas məqsədi Azərbaycanda İİV epidemiyasının yayılmasının azaldılmasıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti