Bakı. Trend:
Bu ilin yanvar-fevral aylarında Azərbaycanda 59,8 min ton polad tökmə istehsal edilib.
Bu barədə Trend Dövlət Statistika Komitəsindən məlumat əldə edib.
Məlumata əsasən, bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə 2,8 min ton və ya 4,9% çoxdur.
Bu ilin martın 1-nə ölkədə hazır məhsul ehtiyatı 3 min ton təşkil edib.
Eyni zamanda, 2025-ci ilin ilk iki ayında Azərbaycanda 69 min ton armatur istehsal edilib ki, bu da illik müqayisədə 10,5 min ton və ya 17,9% artım deməkdir.
Cari ilin martın 1-nə ölkədə hazır məhsul ehtiyatı 47,6 min ton təşkil edib.
Qeyd edək ki, metallurgiya sənayesi və hazır metal məmulatlarının istehsalı sahələrində 2025-сi ilin yanvar-fevral aylarında ölkədə 190,9 milyon manatlıq məhsul istehsal olunub.
Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə metallurgiya sənayesi məhsullarının istehsalında 5,9%, hazır metal məmulatlarının istehsalı sahəsində isə 9% azalma müşahidə olunub.