...

Azərbaycandan BƏƏ-yə pul köçürmələri azalıb, əks istiqamətdə artıb

İqtisadiyyat Materials 27 Mart 2025 11:50 (UTC +04:00)
Azərbaycandan BƏƏ-yə pul köçürmələri azalıb, əks istiqamətdə artıb
Əvəz Həsənov
Əvəz Həsənov
Bütün xəbərlər

Bakı. Trend:

Ötən il Azərbaycandan Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) fiziki şəxslərin pul köçürmələrinin həcmi 14,4 milyon ABŞ dolları təşkil edib.

Trend-in Azərbaycan Mərkəzi Bankından əldə etdiyi məlumata görə, bu göstərici 2023-cü ilin eyni dövrü ilə müqayisədə 251 min ABŞ dolları və ya 1,7% azalıb.

Hesabat ilində ölkənin ümumi pul köçürmələrində BƏƏ-nin payı 2,7% təşkil edib.

Həmçinin, ötən il BƏƏ-dən Azərbaycana fiziki şəxslərin pul köçürmələrinin həcmi 31,7 milyon ABŞ dolları olub ki, bu da 2023-cü ildəki göstərici ilə müqayisədə 2 milyon ABŞ dolları və ya 6,6% artım deməkdir.

Hesabat ilində ölkəyə ümumi pul köçürmələrində BƏƏ-nin payı 2,9% təşkil edib.

2023-cü ildə Azərbaycandan BƏƏ-yə fiziki şəxslərin pul köçürmələrinin həcmi 14,7 milyon ABŞ dolları, əks istiqamətdə isə 29,7 milyon ABŞ dolları təşkil edib.

Ümumilikdə, 2024-cü ildə Azərbaycandan xarici ölkələrə fiziki şəxslərin həyata keçirdikləri pul köçürmələrinin həcmi 526,8 milyon ABŞ dolları təşkil edib. Bu isə 2023-cü ildəki göstərici ilə müqayisədə 23,4 milyon ABŞ dolları və ya 4,2% azdır.

Eyni zamanda, hesabat ilində xarici ölkələrdən Azərbaycana fiziki şəxslərin pul köçürmələrinin həcmi 1,08 milyard ABŞ dolları təşkil edib ki, bu da 2023-cü ildəki göstərici ilə müqayisədə 571,9 milyon ABŞ dolları və ya 34,6% azdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti