...

Bu il Azərbaycanda istehsal edilən duzun həcmi açıqlanıb

İqtisadiyyat Materials 28 Mart 2025 12:18 (UTC +04:00)
Bu il Azərbaycanda istehsal edilən duzun həcmi açıqlanıb
Əvəz Həsənov
Əvəz Həsənov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin yanvar-fevral aylarında Azərbaycanda 13,1 min ton duz istehsal edilib.

Trend bu barədə Dövlət Statistika Komitəsindən məlumat əldə edib.

Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 505 kiloqram və ya 4% çoxdur.

Belə ki, ötən ilin eyni dövründə Azərbaycanda 12,6 min ton duz istehsal edilib.

Bununla yanaşı, bəhs olunan dövrdə ölkədə 12,8 min ton qida duzu istehsal edilib ki, bu da, illik müqayisədə 0,6 min ton, yaxud da 4,9% çoxdur.

2024-cü ilin ilk iki ayında Azərbaycanda 12,2 min ton qida duzu istehsal edilib.

Qeyd edək ki, cari ilin mart ayının birinə ölkədə hazır duz ehtiyatlarının miqdarı 21,5 min ton, hazır qida duzu ehtiyatlarının miqdarı isə 2,7 min tondur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti