...

Vəfat edən şəxsin 87 min manata yaxın ipoteka borcunu “PAŞA Həyat Sığorta” ödədi

İqtisadiyyat Materials 9 Aprel 2025 15:30 (UTC +04:00)
Vəfat edən şəxsin 87 min manata yaxın ipoteka borcunu “PAŞA Həyat Sığorta” ödədi

Bakı. Trend:

“PAŞA Həyat Sığorta” ASC növbəti böyük həcmli sığorta ödənişini həyata keçirdi.

Ölkədə fəaliyyət göstərən kommersiya banklarının birindən kredit götürmüş şəxs bədbəxt hadisə nəticəsində vəfat etmişdir.

İpoteka krediti götürmüş şəxsin vəfat etməsi nəticəsində müştərinin 86 881 manat qalıq borc məbləği “PAŞA Həyat Sığorta” ASC tərəfindən aidiyyəti üzrə ödənilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti