...

Ağdam dəmiryolu kompleksinin tikintisi tamamlanma mərhələsindədir

İqtisadiyyat Materials 16 Aprel 2025 16:05 (UTC +04:00)
Ağdam dəmiryolu kompleksinin tikintisi tamamlanma mərhələsindədir
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Ağdam dəmiryolu kompleksinin tikintisi tamamlanma mərhələsindədir.

Trend xəbər verir ki, bunu "Azərbaycan Dəmir Yolları" QSC-nin sədrinin müşaviri, Tikinti layihələrinin idarə olunması departamentinin rəisi Tural Abbaslı bu gün Bakıda keçirilən Milli Biznes İnkişafı Forumunda deyib.

"Bərdə-Ağdam layihəsi üzrə artıq dəmiryolu xəttinin 47,1 km-ə qədər çəkilməsinə nail olmuşuq. Hazırda Ağdam kompleksinin tikintisi tamamlanma mərhələsindədir", - o bildirib.

Onun sözlərinə görə, növbəti ayın əvvəllərində artıq bu kompleksdə işlərin bitməsi nəzərdə tutulub.

"Orada həm şəhərlərarası, həm də rayonlararası marşurut, həm də dəmiryolu stansiyası fəaliyyət göstərəcək. Yəni Ağdamda bir hab rolunu oynayacaq stansiya olacaq", - o əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti