...

Birinci rübdə Azərbaycanda armatur istehsalı cüzi artıb

İqtisadiyyat Materials 16 Aprel 2025 18:08 (UTC +04:00)
Birinci rübdə Azərbaycanda armatur istehsalı cüzi artıb
Əvəz Həsənov
Əvəz Həsənov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin yanvar-mart aylarında Azərbaycanda 86,5 min ton armatur istehsal edilib.

Trend bu barədə Dövlət Statistika Komitəsindən məlumat əldə edib.

Məlumata görə, armatur istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə 2,1 min ton və ya 2,5% artıb.

Belə ki, ötən ilin yanvar-mart aylarında Azərbaycanda 84,4 min ton armatur istehsal olunmuşdu.

Cari ilin aprelin birinə ölkədə hazır armatur ehtiyatının miqdarı 44,1 min ton olub.

Qeyd edək ki, metallurgiya sənayesi və hazır metal məmulatlarının istehsalı sahələrində 2025-сi ilin yanvar-mart aylarında 285,6 milyon manatlıq məhsul istehsal olunub. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə metallurgiya sənayesi məhsullarının istehsalında 8%, hazır metal məmulatlarının istehsalı sahəsində isə 18,1% azalma müşahidə olunub.

2025-сi ilin yanvar-mart aylarında metallurgiya sənayesi üzrə mis məftilin istehsalı 90,3%, polad tökmə istehsalı 11,5%, hazır metal məmulatlarının istehsalı sahəsi üzrə metaldan sair məmulatların istehsalı isə 40,3% azalıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti