Bakı. Trend:
Cari ilin yanvar-mart aylarında Azərbaycanda dəmiryolu nəqliyyatı vasitələri ilə 738 milyon ABŞ dolları dəyərində 1,741 milyon ton yük daşınıb.
Bu barədə Trend Dövlət Gömrük Komitəsindən məlumat əldə edib.
Məlumata görə, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsi ilə 19,2 milyon ABŞ dolları və ya 2,7%, miqdar ifadəsi ilə 53 min ton və ya 3,1% çoxdur.
Belə ki, ötən ilin birinci rübündə Azərbaycanda dəmiryolu nəqliyyatı vasitələri ilə 718,8 milyon ABŞ dolları dəyərində 1,688 milyon ton yük daşınmışdı.
Hesabat dövründə bu nəqliyyat vasitəsilə Azərbaycandan 182,7 milyon ABŞ dolları dəyərində 568,9 min ton yük ixrac edilib ki, bu da illik müqayisədə dəyər ifadəsi ilə 11,3 milyon ABŞ dolları və ya 5,8%, miqdar ifadəsi ilə 66,9 min ton və ya 10,5% azdır.
Ötən ilin müvafiq dövründə bu rəqəmlər 194 milyon ABŞ dolları və 635,8 min ton idi.
Eyni zamanda dövr ərzində dəmiryolu nəqliyyatı vasitələri ilə Azərbaycana 555,3 milyon ABŞ dolları dəyərində 1,173 milyon ton yük idxal edilib. Bu, 2024-cü ilin birinci rübü ilə müqayisədə dəyər ifadəsi ilə 30,4 milyon ABŞ dolları və ya 5,8%, miqdar ifadəsi ilə 120 min ton və ya 11,4% çoxdur.
Ötən ilin yanvar-mart aylarında bu nəqliyyat vasitəsilə Azərbaycana 524,9 milyon ABŞ dolları dəyərində, 1,053 milyon ton miqdarında yük idxal edilmişdi.
Qeyd edək ki, bu ilin yanvar-mart aylarında Azərbaycan xarici ticarət dövriyyəsi 24,3% artaraq 12 milyard ABŞ dolları təşkil edib.
Məlumata görə, son bir ildə ölkə üzrə ixrac 6,7% və ya 401,75 milyon ABŞ dolları artaraq 6,4 milyard ABŞ dolları, idxal isə əksinə 52,6% və ya 1,9 milyard ABŞ dolları artaraq 5,7 milyard ABŞ dolları təşkil edib.
Hesabat dövründə xarici ticarət dövriyyəsinə 722,9 milyon dollarlıq müsbət saldo yaranıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 5,1 milyard ABŞ dolları və ya 3,1 dəfə azdır.