Bakı. Trend:
Azərbaycanla Birləşmiş Ərəb Əmirlikləri arasında iqtisadi sektorda birgə fəaliyyət, ticarət, investisiya, sənaye parkları və yaşıl enerji sahəsində əməkdaşlığın genişləndirilməsi barədə müzakirələr aparılıb.
Trend xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkə hesabında paylaşım edib.
"Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) iqtisadiyyat naziri, həmkarım Abdulla Bin Touq Al Marrinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşməkdən məmnun olduq. Ölkələrimizin iqtisadi sektorda birgə fəaliyyəti, ticarət, investisiya, sənaye parkları və yaşıl enerji sahəsində əməkdaşlığın genişləndirilməsi barədə müzakirələr apardıq", - deyə paylaşımda qeyd edilib.