Bakı. Trend:
Cari ilin yanvar-fevral aylarında Azərbaycana Belarusdan 67,8 ton yodlaşdırılmış, qida üçün yararlı duz idxal edilib.
Trend bu barədə Dövlət Statistika Komitəsindən məlumat əldə edib.
Məlumata görə, bu miqdarda məhsulun idxalına 20,7 min ABŞ dolları xərc çəkilib.
Belursdan qida duzu idxalı ötən ilin eyni dövrü ilə müqayisədə miqdar ifadəsi ilə 67,3 ton və ya 135,6 dəfə, dəyər ifadəsi ilə 20,4 min ABŞ dolları, yaxud da 69 dəfə artıb.
Belə ki, 2024-cü ilin ilk iki ayında Azərbaycana Belarusdan 0,5 ton miqdarında, 300 ABŞ dolları dəyərində qida duzu idxal edilmişdi.
Qeyd edək ki, bəhs olunan dövrdə Azərbaycana xaricdən 2,2 min ton miqdarında, 323 min ABŞ dolları dəyərində qida duzu idxal olunub.