...

Azərbaycanda gübrə və azot birləşmələri istehsalı 4%-dən çox artıb

İqtisadiyyat Materials 17 May 2025 15:00 (UTC +04:00)
Azərbaycanda gübrə və azot birləşmələri istehsalı 4%-dən çox artıb
Əvəz Həsənov
Əvəz Həsənov
Bütün xəbərlər

Bakı. Trend:

Cari ilin yanvar-aprel aylarında Azərbaycanda 196,5 min ton gübrə və azot birləşmələri istehsal olunub.

Trend bu barədə Dövlət Statistika Komitəsindən məlumat əldə edib.

Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 8,3 min ton və ya 4,4% çoxdur.

Belə ki, ötən ilin yanvar-aprel aylarında Azərbaycanda 188,2 min ton gübrə və azot birləşmələri istehsal edilmişdi.

Cari ilin may ayının birinə ölkədə hazır məhsul ehtiyatının miqdarı 19,1 min ton olub.

Qeyd edək ki, hesabat dövründə kimya sənayesi, əczaçılıq məhsullarının, rezin və plastik kütlə məmulatlarının istehsalı sahələrində 730,2 milyon manatlıq məhsul istehsal edilib. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə əczaçılıq məhsullarının istehsalı 54,4%, kimya sənayesi məhsullarının istehsalı 7,1%, rezin və plastik kütlə məmulatlarının istehsalı isə 2,3% artıb.

Kimya sənayesi məhsullarından lak-boya məmulatlarının istehsalı 22,7%, karbamid istehsalı 4,4%, rezin və plastik kütlə məmulatlarından plastmas, çubuklar, millər və profillər istehsalı 48,9%, plastmas butulkalar, flakonlar və oxşar məmulatlar istehsalı 37%, sərt plastmasdan borular, borucuklar, qolçaqlar və şlanqlar istehsalı 1,3% artıb, polietilendən kisə və çantalar istehsalı isə 34,4 faiz azalıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti