...

Gilar mədənindən ayda 50-60 min ton filiz hasilatı gözlənilir - Anglo Asian Mining

İqtisadiyyat Materials 19 May 2025 11:38 (UTC +04:00)
Gilar mədənindən ayda 50-60 min ton filiz hasilatı gözlənilir - Anglo Asian Mining
Əvəz Həsənov
Əvəz Həsənov
Bütün xəbərlər

Bakı. Trend:

Anglo Asian Mining şirkəti Gilar mədənindən tam güclə işlədikdən sonra ayda 50–60 min ton filiz hasilatı gözləyir.

Trend bu barədə şirkətə istinadən xəbər verir.

Şirkətin məlumatına görə, hazırda bu mədəndən yüksək keyfiyyətli filiz ehtiva edən 4-cü zonadan hasilat aparılır. Filizin mis və qızıl tərkibi Şirkətin mədən planına uyğundur. Filiz əvvəlcə qarışdırma üsulu ilə emal olunacaq və qızıl “doré” formasında çıxarılacaq, daha sonra isə mis konsentratı istehsal etmək üçün flotasiya prosesi tətbiq ediləcək. Şirkət gündəlik təxminən 2 min ton filiz hasil etməyi hədəfləyir.

"2023-cü il 11 dekabr tarixində ilk JORC standartlarına uyğun mineral ehtiyatları qiymətləndirilməsi yayımlandı və Gilar yatağında orta hesabla 0.88% mis tərkibli, ümumilikdə təxminən 54 min ton mis ehtiva edən 6.10 milyon ton filiz olduğu təsdiqlənib. Həmçinin, hər ton üçün 1.30 qram qızıl olmaqla ümumilikdə 255 min unsiyadan çox qızıl ehtiyatı mövcuddur",- məlumatda qeyd edilib.

Qeyd edək ki, Gilar yatağı, şirkətin emal zavodlarından təxminən 7 kilometr məsafədə, Gedəbəy Müqavilə Sahəsinin şimal sərhədi yaxınlığında yerləşir. Ərazidə aparılan uğurlu qazma nəticələrinin ardınca 2022-ci ilin sonlarında Gilar yeraltı mədəninin inkişafına başlanılıb.

Mədən iki yeraltı tuneldən ibarətdir: əsas kəşfiyyat tuneli 1,462 metr uzunluğundadır və gələcək hasilat üçün istifadə olunacaq, paralel havalandırma tuneli isə mədəni dəstəkləyir - hər iki tunel tamamlanıb. Əsas tunel mart ayının əvvəlində mineral zonasına qədər uzadılıb. Hal-hazırda çoxsəviyyəli hasilat üçün spiral rampaların çəkilməsi də daxil olmaqla əlavə tunel işləri davam edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti