Bakı. Trend:
İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan Ağdam Sənaye Parkının rezidenti “Mister Decor” MMC tərəfindən Özbəkistana divar kağızlarının ixracına başlanılıb.
Bu barədə Trend-ə İZİA-nın mətbuat katibi Elçin Kazımlı məlumat verib.
O bildirib ki, sözügedən ölkəyə ilkin mərhələdə 1,36 milyon manatlıq məhsulun göndərilməsi nəzərdə tutulub: "Qeyd edək ki, “Mister Decor” MMC Ağdam Sənaye Parkının 1,6 hektar ərazisində divar kağızlarının istehsalını həyata keçirir. İnvestisiya həcmi 8 milyon manat olan müəssisə Cənubi Qafqazda divar kağızlarının istehsalı üzrə ixtisaslaşmış ilk zavoddur. Müəssisə il ərzində 2,1 milyon ədəd rulon divar kağızı istehsal etmək gücündədir".