Bakı. Trend:
Bu ilin ilk 4 ayında Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 1,068 milyard ABŞ dolları təşkil edib.
Bu barədə Trend Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 148,6 milyon ABŞ dolları və ya 16,2% çoxdur.
Hesabat dövründə Azərbaycandan ən çox qeyri-neft məhsulları Rusiyaya ixrac edilib. Belə ki, cari ilin ilk 4 ayında sözügedən ölkəyə qeyri-neft məhsullarının ixracı 2024-cü ilin eyni dövrü ilə müqayisədə 3,7 milyon ABŞ dolları və ya 1,2% artaraq 321,4 milyon ABŞ dolları təşkil edib.
Bununla da Rusiya qeyri-neft məhsullarının ixracı Azərbaycanın ümumi ixracında 30,07% paya malik olub.
Cari ilin ilk 4 ayı üzrə Azərbaycandan digər ölkələrə ixrac olunan qeyri-neft məhsulları üzrə göstəriciləri təqdim edirik: