Bakı. Trend:
"Balakən" Kiçik Su Elektrik Stansiyasında (KSES) istismara verildikdən cari ilin 1 iyul tarixinədək ümumilikdə 27,2 milyon kilovat-saat (kVt. st) elektrik enerjisi istehsal edilib.
Bu barədə Trend Energetika Nazirliyinə istinadən xəbər verir.
Balakən çayının üzərində tikilmiş, 0,48 MVt gücündə üç hidroaqreqatdan ibarət stansiyanın ümumi gücü 1,44 MVt-dır.
Qeyd edək ki, bu gün “Balakən” Kiçik Su Elektrik Stansiyasının fəaliyyətə başlamasından 11 il ötür.