...

"Google" axtarış sisteminin Azərbaycan bazarında payı artıb

İqtisadiyyat Materials 4 Avqust 2025 13:28 (UTC +04:00)
"Google" axtarış sisteminin Azərbaycan bazarında payı artıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin iyul ayında 81,28 faiz paya sahib olan "Google" Azərbaycanda ən populyar axtarış sistemi kimi qalmaqda davam edib.

Trend-in “Global Stats” Statistika Mərkəzindən əldə etdiyi məlumata görə, cari ilin iyun ayı ilə müqayisədə "Google" axtarış sisteminin payı 1,39 faiz bəndi artıb.

Hesabat dövründə "Yandex" axtarış sisteminin payı 1,47 faiz bəndi azalaraq 16,4 faiz təşkil edib.

Cari ilin iyul ayında "Bing" axtarış sisteminin payı 0,03 faiz bəndi artaraq, 1,23 faizə, "Yahoo"nun payı isə 0,04 faiz bəndi azalaraq 0,47 faizə bərabər olub.

Hesabat dövründə Azərbaycanın axtarış sistemi bazarında 0,62 faiz digər axtarış sistemlərinin payına düşüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti