Bakı. Trend:
Avropada qazın orta qiyməti sentyabr ayı ilə müqayisədə oktyabr ayında 2 faiz azalaraq 1000 kubmetr üçün təxminən 385 dollara düşüb və illik müqayisədə təxminən 16 faiz artıb.
Trend-in məlumatına görə, bu barədə Londonun "ICE" birjasından bildirilib.
Məlumata əsasən, Avropa hablarında qazın qiyməti ötən payız artmağa başlayıb və bu ilin birinci rübündə min kubmetr üçün 509 dollara, ikinci rübdə 420 dollara və üçüncü rübdə 399 dollara çatıb. Ümumilikdə, yanvar-oktyabr ayları ərzində kotirovkalar ötən ilin eyni dövrü ilə müqayisədə 19 faiz artaraq 437 dollara çatıb.
Sentyabrın 30-da qaz fyuçersləri 1000 kubmetr üçün təxminən 380 dollardan ticarət olunsa da, oktyabrın 31-də ticarət 372 dollardan bağlanıb ki, bu da ötən ayın sonundan 2 faiz aşağıdır.