...

Azərbaycan və Özbəkistan arasında kripto-aktivlər üzrə Anlaşma Memorandumu imzalandı

İqtisadiyyat Materials 21 Yanvar 2026 13:04 (UTC +04:00)
Azərbaycan və Özbəkistan arasında kripto-aktivlər üzrə Anlaşma Memorandumu imzalandı
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Yanvarın 21-də Azərbaycan Respublikasının Mərkəzi Bankı və Özbəkistan Respublikasının Perspektivli Layihələr üzrə Milli Agentliyi arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.

Trend xəbər verir ki, bu barədə Mərkəzi Bank məlumat yayıb.

Bildirilib ki, Memorandum qurumlar arasında əməkdaşlığın hüquqi bazasının yaradılması ilə yanaşı, kapital və sığorta bazarı, kripto-aktivlərin inkişafı, tənzimlənməsi və nəzarəti sahəsində əməkdaşlıq əlaqələrinin gücləndirilməsinə töhfə verəcək.

Anlaşma Memorandumu çərçivəsində qurumlar arasında təcrübə və məlumat mübadiləsinin aparılması, eləcə də qarşılıqlı səfərlərin və birgə təşəbbüslərin həyata keçirilməsi, maliyyə inklüzivliyi və əməliyyat səmərəliliyinin artırılması məqsədilə innovativ maliyyə texnologiyalarının inkişafının təşviq edilməsi nəzərdə tutulur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti